Tanınmış aktyor əsgərlikdən yayınmaq niyyətindədir?

Tanınmış aktyor əsgərlikdən yayınmaq niyyətindədir?

6 İyul 2012 13:15
Bəyəndim (0) Bəyənmədim (0)
Məşhur aktyor Kıvanç Tatlıtuğun əsgər getməmək üçün təhsilini davam etdirdiyi iddia edilir.

Türkiyə mətbuatına istinadən verdiyimiz xəbərə görə, İstanbul Kültür Universitetində oxuyan 29 yaşındakı aktyor deyilənlərə görə ötən il serial çəkilişləri ilə bağlı təhsilini dondurmuşdu. Bu il təhsilini davam etdirməyi planlaşdıran Kıvanç Tatlıtuğ əsgər getməmək üçün qeydiyyatı təzələdiyi və seçdiyi 30 dərs üçün 40 min TL ödəniş etdiyi deyilir.

Tatlıtuğ bu haqda açıqlama verdi: "Keçən il təhsilimi dondurmuşdum. İndi Zonguldakda film çəkilişlərindəyəm. Geri qayıtdıqdan sonra "Kuzey Güney"in çəkilişləri başlamamış təhsilimlə bağlı nə edə bilərəm deyə görüşmək üçün universitetə getdim ​. Bunun əsgərliklə heç bir əlaqəsi yoxdur."

Günay Səfərli

O.M.