Safura Əlizadə Rihannanın konsertinə bilet axtarır

Safura Əlizadə Rihannanın konsertinə bilet axtarır

6 İyul 2012 13:59
Bəyəndim (0) Bəyənmədim (0)
“Bəxtim gətirib ki...”

Şou-biznes nümayəndəsi olaraq Azərbaycanı "Eurovision-2010"-cu ildə beşinciliyə kimi gətirib çıxaran Safura Əlizadə də geyim həvəskarıdır. O da bəzi həmkarları kimi hər bir məclisdə yeni paltarda olmağı xoşlayır. "Bəxtim onda gətirib ki, anam dizaynerdir. Geyimlərimin demek olar ki, 90%-ni anam hazırlayır. Bu, mənim üçün çox şey deməkdir. Bu səviyyəyə gəlib çatmağımda da anamın rolu böyükdür. Onun zəhmətini ömrümün axırına kimi ödəyə bilmərəm, belə düşünürəm" , - deyən S.Əlizadə sən demə, dünyaşöhrətli Beyonsun fanatı imiş. "Beyonsun yaradıcılığı, öz üzərində dayanmadan işləməsi məni özünə valeh edir. Onun səhnə mədəniyyəti, səhnədə rəqs qrupundan geri qalmaması, eyni zamanda da ifası.. Bunu hər adam bacarmaz. Ən azından, oynayanda istər-istəməz təngnəfəs olursan axı. Amma Beyonsda bu, hiss olunmur. Ona görə ona pərəstiş edirəm!" – deyə açıqlama verən müğənni yeni mövsümdə şəhərimizin qonaqları olacaq dünyaşöhrətlilər arasında Rihannaya üstünlük verdiyini də gizlətmədi.

- Əgər Beyons gəlsəydi, heç fikirləşmədən onu seç rdim. O ki qaldı Şakiraya, Cenifer Lopezə və Rihannaya, bu üçlükdən Rihannanın konsertinə getməyi məqsədəuyğun bilirəm və məhz onun konsertinə bilet axtarışına çıxmışam.

Könül Aypara