
Tom Kruz dünyanın ən çox qazanan aktyorudur
Amerikanın məşhur aktyoru Tom Kruz dünyanın ən çox qazanan aktyorudur. Milli.Az TMZ-yə istinadən bildirir ki, "Forbes"un dünən açıqladığı "Dünyanın ən çox qazanan aktyorları" reytinqinə başçılıq edən amerikalı Kruzun illik gəliri 75 milyon dollar təşkil edib.
50 yaşı dünən tamam olmuş Kruzun gəlirlərinin əksər hissəsi "Missiya yerinə yetirilməzdir" kinosaqasının yeni lenti "Fantom protokolu"undan əldə edilmiş vəsaitdir.
Reytinqdə 2-ci yeri 37 milyon dollar gəlirlə Leonardo Di Kaprio tutub. Aktyor Adam Sendler də həmin məbləği qazanıb.
O.M.
Digər xəbərlər