Ferihanın ölümü aktrisanın öz günahıdır!

Ferihanın ölümü aktrisanın öz günahıdır!

1 İyul 2012 19:05
Bəyəndim (0) Bəyənmədim (0)
Gəlinlikdəki mavi lentin sirri nədir?

Ötən həftə bitməsi gözlənilən "Adını Feriha koydum" serialı sezon finalı ilə izləyiciləri təəccübləndirdi. Mövsüm finalında Emirlə ildırım sürətilə yenidən bir araya gələn və nikah masasına oturan Feriha bəylə rəqs zamanı vuruldu. Onun aqibəti tamaşaçılara bəlli olmasa da, aldığımız məlumata görə, aktrisa ssenari gərəyi öldürüləcək. Bu, Hazal Kayanın öz istəyi ilə baş verib. Çünki o, yeni sezondan etibarən artıq yeni serialda görünmək qərarına gəlib. Bu səbəbdən də "Adını Feriha koydum" yoluna Ferihasız davam etməli olacaq. Yəni sentyabr ayının ilk bölümündə Feriha artıq öləcək. O ki qaldı onu əvəzləyəcək olan yeni namizədə, Fatih Aksoy aktrisanı əvəzləməyəcəklərini söylədi: "Hazal Kayanın yolculuğu bura qədər imiş. Artıq biz onsuz davam edəcəyik", - dedi. Onu da qeyd edək ki, sezon finalındakı Ferihanın ağ rəngli gəlinliyini mavi rəngli lentlə bəzəməsi bir qadının sevdiyi kişiyə ikinci dəfə ərə getməsi mənasını verir.

Günel Həbib

O.M.