Musa Cahanov: “Korona” virusunun Azərbaycana keçməməsi üçün müvafiq tədbirlər görülür

Musa Cahanov: “Korona” virusunun Azərbaycana keçməməsi üçün müvafiq tədbirlər görülür

27 Oktyabr 2014 14:31
388
Bəyəndim (1) Bəyənmədim (0)

""Korona" virusu özünü pnevmaniya əlamətlərinə oxşar şəkildə büruzə verir və xəstəlik hava-damcı yolu ilə keçir"

""Korona" virusunun Azərbaycana keçməməsi üçün müvafiq tədbirlər görülür". Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyanın laboratoriya müdiri Musa Cahanov Apa-ya açıqlamasında bildirib ki, sərhəd-keçid məntəqələrində fəaliyyət göstərən sanitar-karantin məntəqələrində ölkəyə gələn bütün şəxslər üzərində müayinə aparılır: "Quraşdırılan aparatlar vasitəsilə hansısa hal aşkar olunarsa onlar nəzarət götürüləcək. "Korona" virusu çoxdan mövcuddur: Amma bu virusun son zamanlar dövr edən xüsusi növü var. Bu virus əsasən Yaxn Şərq - Səudiyyə Ərəbistanında mövcuddur və Yaxın Şərq respirator sindromlu "Korona" virusu adlanır. Köhnədən məlum olan "Korona" virusu elə də təhlükəli deyildi. İndiki forma bir qədər kəskin formada gedən respirator xəstəlikdir və əvvəlki "Korona" virusunda ağır formadadır. Özünü pnevmaniyaya xas olan əlamətlər şəklində büruzə verir və öskürək, asqırma, temperaturla müşahidə olunur. Xəstəliyin inkubasiya dövrü 2 həftəyə qədərdir. "Korona" yuxarı tənəffüs yollarında xəstəlik törədən virusdur. Hava-damcı infeksiyası hesab edilir, xəstəlik hava damcı yolu ilə keçir".

M.Cahanov qeyd edib ki, xəstəlikdən ölüm faizi "Ebola" virusu ilə müqayisədə o qədər də yüksək deyil. Onun sözlərinə görə, virusun spesifik müalicəsi yoxdur, amma xəstəyə vaxtında simptomatik müalicə təyin olunduqda qarşısını olmaq olar.

Həcc ziyarətindən gələn zəvvarlarda bu xəstəliyin aşkarlanmasına gəlincə, o qeyd edib ki, artıq onların ölkəyə qayıtmasından 10-15 gün vaxt keçib, əgər hansısa virus olsaydı bu müddət ərzində özünü büruzə verərdi: "Hansısa şəxsdə bu virus aşkarlanarsa, onların da müayinə və müalicəsi Elmi-tədqiqar Ağciyər Xəstəlikləri İnstitutunda aparılacaq".

Mediainfo.az