Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 124 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 124 yeni yoluxma faktı qeydə alınıb

17 Dekabr 2020 15:14
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 124 yeni yoluxma faktı qeydə alınıb, 4 205 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Oxuməni.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 191 460 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 127 064 nəfər müalicə olunaraq sağalıb, 2 088 nəfər vəfat edib, aktiv xəstə sayı 62 308 nəfərdir.

Ölkədə son sutka ərzində 17 426, hazırkı dövrədək isə 2 016 003 test aparılıb.

Oxuməni.az