Azərbaycanda koronavirusa yoluxanların sayı artdı, 39 nəfər öldü

Azərbaycanda koronavirusa yoluxanların sayı artdı, 39 nəfər öldü

13 Dekabr 2020 15:52
Bəyəndim (2) Bəyənmədim (0)

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4451 yeni yoluxma faktı qeydə alınıb, 4283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Oxuməni.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 175874 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 111918 nəfər müalicə olunaraq sağalıb, 1922 nəfər vəfat edib, aktiv xəstə sayı 62034 nəfərdir.

Oxuməni.az