ÜST-dən çağırış: Hələ bir neçə ay da qorunmalıyıq

ÜST-dən çağırış: Hələ bir neçə ay da qorunmalıyıq

7 Dekabr 2020 09:09
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyada koronavirusla bağlı vəziyyət çox böyük narahatlıq doğurur.

Oxuməni.az xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatı məlumat yayıb.

“Qış fəslinin gəlməsi insanların qapalı məkanlarda vaxt keçirməsinə zəmin yaradacaq. Bu isə yoluxma sayında artıma səbəb olacaq. İnsanların yaxın zamanlarda peyvənd olunması gözlənilsə də, maska taxmalı, sosial məsafə gözləməli, şəxsi gigiyenaya riayət etməliyik. Həmçinin, xəstə olarkən evdə qalmalıyıq.

Peyvəndin istifadəyə verilməsi yaxın müddət üçün nəzərdə tutulsa da, insanların onu əldə etməsi bir neçə ay çəkə bilər”, - açıqlama bildirilib.

Oxuməni.az