Dünyada COVID-19 virusuna yoluxan insanların sayı 65 milyon nəfəri keçib

Dünyada COVID-19 virusuna yoluxan insanların sayı 65 milyon nəfəri keçib

6 Dekabr 2020 17:17
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyada COVID-19 virusuna yoluxduğu təsdiqlənmiş insanların sayı 65 milyon nəfəri keçib.

Oxuməni.az Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı son hesabata istinadən xəbər verir ki, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 1 507 018 insan ölüb.

Son bir gündə isə COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 403 mindən çox təşkil edib, 6 348 insan isə təhlükəli infeksiyadan ölüb. Ümumilikdə son günlər dünyada virusun yayılmasının və ölümə səbəb olmasının nisbətən səngidiyi müşahidə edilir.

Oxuməni.az