Alimlər böyrəklər üçün ən zərərli olan spirtli içkiləri müəyyən etdilər
Pivə və spirtli içkilər içmək ciddi böyrək zədələnməsi riskini artıra bilər, orta miqdarda şərab istehlakı isə əks əlaqəni göstərib. Britaniyalı alimlər bu nəticələrə 250.000-dən çox insanın məlumatlarını araşdırdıqdan sonra gəliblər.
Scientific Reports jurnalında dərc olunan tədqiqatın nəticələri göstərir ki, böyrək zədələnməsi riski spirtli içkinin növündən və istehlak edilən miqdardan asılı ola bilər.
Anglia Ruskin Universitetinin mütəxəssisləri, sağlamlığı 14 il ərzində izlənilən Böyük Britaniya Biobank layihəsində 250.791 iştirakçının tibbi məlumatlarını təhlil ediblər.
Tədqiqatçılar həftədə doqquz Britaniya vahidi spirtli içki qəbul edən insanların kəskin böyrək zədələnməsi riskinin bir vahid içənlərə nisbətən 26% daha yüksək olduğunu aşkar etdilər.
Pivə içənlərdə də risk artdı. Həftədə 24 vahid içmək üç vahidlə müqayisədə riski 15% artırdı.
Bu müstəvidə də araşdırmalar göstərdi ki, qırmızı və ağ şərab insan üçün daha xeyirlidir.
Alimlər mənfi təsirin iltihabi proseslərlə əlaqəli olduğunu irəli sürürlər. Böyrək zədələnməsi riski artan iştirakçılarda bədəndə iltihabın göstəriciləri olan C-reaktiv protein və neytrofillərin səviyyəsinin daha yüksək olduğu aşkar edildi.
Tədqiqatın müəlliflərindən biri olan Dr. Rudolf Şuttenin sözlərinə görə, pivə və güclü spirtli içkilər iltihabı təşviq edə bilər ki, bu da böyrəklərə mənfi təsir göstərir. Kəskin böyrək zədələnməsi xroniki xəstəliklərə səbəb olur. Bu, böyrək çatışmazlığına və vaxtından əvvəl ölüm riskinin artmasına səbəb ola biləcək təhlükəli bir vəziyyət hesab olunur.
Mütəxəssislər nəticələri şərh edərkən ehtiyatlı olmağa çağırırlar. Alkoqol Tədqiqatları İnstitutunun sədri Dr. Peter Rays qeyd etdi ki, şərab içənlər tez-tez daha sağlam qidalanırlar, daha tez-tez idman edirlər və daha yüksək gəlir əldə edirlər.
Bu amillər iştirakçıların sağlamlığındakı fərqləri izah edə bilər. Bundan əlavə, etanol spirtli içkinin növündən asılı olmayaraq bədənə pis təsir göstərir.
Tədqiqatın müəllifləri vurğulayırlar ki, aşkar edilən assosiasiya spirtin xüsusilə böyrək zədələnməsinə səbəb olduğunu və ya şərabın qoruyucu xüsusiyyətlərə malik olduğunu sübut etmir. Buna görə də, əldə edilən nəticələrə əsasən sağlamlıq üçün faydalı və ya təhlükəsiz hesab edilə bilməz.
Əziz MUSTAFA























.jpg)




.jpg-1.jpg)
.jpg-1.jpg)
.jpg-1.jpg)
.jpg)





























































