Depressiya və baş ağrıları Alzheimer xəstəliyinin inkişaf əlamətləri ola bilər
Depressiya, başgicəllənmə və baş ağrıları Alzheimer xəstəliyinin inkişafı ilə əlaqəli ola bilər. Bu, Oulu və Şərqi Finlandiya Universitetlərinin alimlərinin gəldiyi nəticədir. Tədqiqatın nəticələri Alzheimer's & Dementia (A&D) jurnalında dərc edilib.
Mütəxəssislər Alzheimer xəstəliyi olan 65 yaşa çatmamış 407 xəstənin tibbi qeydlərini araşdırıb və onları xəstəliyi olmayan 4035 insanın qeydləri ilə müqayisə ediblər. Tədqiqatçılar xəstəlik diaqnozu qoyulmazdan 15 il əvvəl diaqnozları və tibbi müayinələri təhlil ediblər.
Məlum olub ki, diaqnoz qoyulmazdan beş il əvvəl gələcək xəstələrin 5,9 faizində başgicəllənmə müşahidə olunub, nəzarət qrupunda isə bu rəqəm 2,1 faiz təşkil edib. Depressiya 2,3 faizə qarşı 5,7 faizdə, baş ağrıları isə 1,6 faizə qarşı 4,9 faizdə olub.
Bundan əlavə, gələcək xəstələrdə travmatik beyin xəsarətləri, insult, epilepsiya və sayıqlama (kəskin çaşqınlıq vəziyyəti) keçirmə ehtimalı daha yüksəkdir. Diaqnoz qoyulmazdan altı-on il əvvəl qruplar arasında fərqlər yalnız qulaq, burun və boğaz xəstəlikləri üçün aşkar edilib, bundan ə 11-15 il əvvəl isə onlarda heç bir əhəmiyyətli fərq müşahidə edilməyib.
Müəlliflər hesab edirlər ki, müəyyən edilmiş nümunələr həkimlərə Alzheimer xəstəliyini daha erkən tanımağa kömək edə bilər.
Əziz Mustafa





































.jpg)
















.jpg)















.jpg)


.png-1.png)






















