Moskva vilayətində meymunçiçəyinə yoluxma şübhəsi ilə beş nəfər xəstəxanaya yerləşdirilib
Meymunçiçəyinə yoluxduğu ehtimal edilən şəxslə təmasda olmuş beş nəfər Moskva vilayətində xəstəxanaya yerləşdirilib. Oxuməni.az xəbər verir ki, bu barədə cümə axşamı Moskva vilayətinin Səhiyyə Nazirliyindən “İnterfaks”a məlumat verilib.
Hazırda xəstələr həkim nəzarəti altındadır və onlardan analiz nümunələri götürülüb.
Vilayətin Səhiyyə Nazirliyi xəstələrin vəziyyətinin qənaətbəxş qiymətləndirildiyini və onlarda xəstəliyin klinik əlamətlərinin olmadığını bildirib. Vəziyyət nəzarət altındadır.
Meymunçiçəyi nadir rast gəlinən yoluxucu xəstəlikdir. Bu xəstəlik daha çox Mərkəzi və Qərbi Afrikanın ucqar bölgələrində yayılıb.
Almaz Həsənli
Digər xəbərlər












.jpg)








.jpg)
























































.jpg-3.jpg)
.jpg-2.jpg)
.jpg-1.jpg)















