Həkim soyuqdəyməyə qarşı dörd təbii antibiotikin adını açıqlayıb
Soyuqdəymə mövsümü başlayıb və adi qida məhsulları orqanizmi qorumağa kömək edə bilər. Oxuməni.az xəbər verir ki, bu barədə “aif.ru”-ya ailə həkimi və endokrinoloq Anastasiya Samoylova bildirib. Söhbət fitonsid mənbəyi olan soğan, sarımsaq, xren və zəncəfildən gedir. Fitonsidlər patogen mikroorqanizmlərin fəaliyyətini zəiflədir və sistemli iltihabı azaldır.
Sarımsağın əsas faydalı maddəsi allisindir. Bütöv sarımsaq dişində allisin olmur — diş doğrandıqda və ya əzildikdə əmələ gəlir. Faydalı xüsusiyyətlərini qorumaq üçün sarımsağı doğradıqdan sonra 10–15 dəqiqə gözləmək, daha sonra hazır yeməyə əlavə etmək məsləhətdir. Soğan selikli qişalarda baryer rolunu oynayır — onun uçucu fitonsidləri nəfəsalma zamanı daxil olan havanı dezinfeksiya edir. Tərkibindəki kversetin şişkinliyi və burun tutulmasını azaldır, inulin isə immun hüceyrələrinin 80%-ə qədərinin toplandığı bağırsaqlardakı faydalı bakteriyaları qidalandırır.
Xren bakteriyaların hüceyrə divarlarını parçalayan lizozimin miqdarına görə seçilir. Onun kəskinliyi selikli qişalara qan axınını və leykositlərin hərəkətini artıraraq sinuslarda durğunluğun aradan qaldırılmasına kömək edir. Yalnız təzə rəndələnmiş xren kökü faydalıdır. Zəncəfil isə orqanizmə daxildən istilik verən vasitə kimi təsir edir — cinqerollar qan damarlarını genişləndirir və təsir mexanizminə görə iltihabəleyhinə preparatlara bənzəyərək əzələ ağrılarını azaldır. O, həmçinin həzmi stimullaşdırır və qaraciyərin yükünü azaldır.
Lakin bu məhsulların istifadəsinə əks göstərişlər də var. Kəskin qastrit, xora və pankreatit zamanı çiy sarımsaq, soğan və xren qəbul etmək olmaz. Onlar qanı durulaşdırdığı üçün antikoaqulyant dərmanlar qəbul edənlər həkimlə məsləhətləşməlidir. Hipotireozu olan insanlara isə termiki emaldan keçirilmiş məhsullara üstünlük vermək tövsiyə olunur. Bu məhsulları rasiona hər gün, lakin ölçülü şəkildə daxil etmək məsləhətdir.
Almaz Həsənli














.jpg)
































.jpg)




.jpg)

.jpg)













.jpg)






.jpg)



















