Ağciyər xərçəngi və əzələ atrofiyasını eyni vaxtda müalicə etməyə imkan verən üsul hazırlanıb
Alimlər ağciyərlərdəki şişə eyni vaxtda təsir edən və xərçənglə əlaqəli ağır əzələ tükənməsi ilə mübarizə aparan eksperimental terapiya hazırlayıblar. Siçanlar üzərində aparılan təcrübələrdə bu üsul şişin ölçüsünü ənənəvi yanaşmalarla müqayisədə 2,5 dəfə daha effektiv azaldıb. Preparatı Oreqon Dövlət Universitetinin Əczaçılıq Kollecinin tədqiqatçıları hazırlayıblar. Oxuməni.az xəbər verir ki, araşdırmanın nəticələri Journal of Controlled Release jurnalında dərc olunub.
Metodun əsasını diametri metrin milyardda biri ölçüsündə olan və follistatın zülalının matrisa RNT-sini daşıyan lipid nanohissəciklər təşkil edir. Tədqiqatın müəlliflərindən biri Oleq Taratula bildirib: «Biz aşkar etdik ki, bu nanohissəciklər qan dövranında vitronektin zülalı ilə birləşir və həmin zülal onları birbaşa ağciyərlərdəki şişlərə yönəldir». Beləliklə, RNT preparatını çətin əlçatan hədəfə dəqiq şəkildə çatdırmaq mümkün olur. Bu isə indiyədək bu tip terapiya üçün ciddi problem olaraq qalırdı.
Eyni zamanda nanohissəciklər xərçəng kaxeksiyasına – xəstənin sürətlə çəki və əzələ kütləsini itirməsinə səbəb olan vəziyyətə qarşı da təsir göstərir. Təcrübə heyvanlarında terapiya bədən çəkisini, əzələ və yağ toxumasını qoruyub. Kaxeksiya onkoloji xəstələrin təxminən üçdə birində inkişaf edir və çox vaxt ölüm səbəblərindən birinə çevrilir. Buna görə də eyni vaxtda iki hədəfə təsir edən vasitə xüsusi əhəmiyyət daşıyır.
Ağciyər xərçəngi ən geniş yayılmış və ölümcül xəstəliklərdən biri olaraq qalır. Təkcə ABŞ-da hər il təxminən 230 min yeni xəstəlik halı aşkarlanır və 125 minə yaxın ölüm qeydə alınır. Əsas çətinlik ondan ibarətdir ki, RNT preparatını qan dövranı vasitəsilə birbaşa ağciyər şişinə çatdırmaq indiyədək demək olar ki, mümkün olmayıb. Təklif olunan vitronektin əsaslı «bələdçi» mexanizmi bu məhdudiyyəti aradan qaldırmaq cəhdidir.
Bu yanaşmanın digər mühüm üstünlüyü adətən ayrı-ayrılıqda müalicə olunan iki problemi eyni vaxtda həll etməsidir: şişin məhv edilməsi və əzələ kütləsinin qorunması. Xəstəlik səbəbindən ciddi zəifləmiş pasiyentlər üçün əzələ kütləsinin itirilməsi bəzən şişin özü qədər təhlükəli olur, müalicənin keçirilməsini çətinləşdirir və proqnozu pisləşdirir.
Hələlik preparat yalnız heyvanlar üzərində klinikayaqədərki sınaqlardan keçib. İnsanlarda tətbiq olunması üçün əlavə tədqiqatların aparılması və təhlükəsizliyinin hərtərəfli yoxlanılması tələb olunur.
Almaz Həsənli



















.jpg)
















































.jpg-2.jpg)


























