Populyar dərmanlar xərçəngdən ölüm riskini azalda bilər
Piylənmə və diabetin müalicəsində istifadə olunan GLP-1 sinif dərmanları, döş xərçəngindən ölüm və xərçəngin təkrar inkişafı riskini azalda bilər. Virciniya Birlik Universitetinin alimləri bu qənaətə gəliblər. Oxuməni.az xəbər verir ki, tədqiqatın nəticələri “JAMA Network Open” jurnalında dərc olunub.
Tədqiqatçılar 2006-2023-cü illər arasında diaqnoz qoyulmuş 840 mindən çox döş xərçəngi xəstəsinin elektron tibbi qeydlərini təhlil ediblər. Xüsusilə piylənmə və ya 2-ci tip diabeti olan və GLP-1 dərmanları qəbul edən qadınlara diqqət yetirilib.
Məlum olub ki, belə dərmanların istifadəsi 10 illik müşahidə dövründə ölüm riskinin daha aşağı olması ilə əlaqələndirilib. Bundan əlavə, arıqlamaq və ya diabeti idarə etmək üçün dərmanlar qəbul edən xəstələrdə müalicədən sonra xərçəngin residivi daha az baş verib.
İşin müəllifləri vurğulayırlar ki, hələlik bu yalnız aşkar edilmiş əlaqədir, sübut olunmuş müalicəvi təsir deyil. Alimlər dərmanların təsirinin arıqlama, ürək funksiyasının yaxşılaşması və ya digər bioloji mexanizmlərlə əlaqəli olub-olmadığını müəyyən etmək üçün klinik sınaqlar keçirməyi planlaşdırırlar.
Almaz Həsənli




















.jpg)







































































