Hantavirus Avropada yeni pandemi olacaq?

Hantavirus Avropada yeni pandemi olacaq?

12:12
Bəyəndim (0) Bəyənmədim (0)


Avropa Komissiyası “Hondius” kruiz gəmisinin sərnişinləri arasında hantavirusun mümkün yayılması ilə bağlı vəziyyəti diqqətlə izləyir və hələlik onun yayılması ilə bağlı narahatlıq üçün əsas görmür.
Oxuməni.az "Evropeyskaya pravda" ya istinadla xəbər verir ki, bunu Avropa Komissiyasının mətbuat katibi Eva Hrnçirjova bildirib. Avropa İttifaqı hələlik narahatlıq üçün səbəb olmadığını vurğulayır, lakin monitorinq davam edir.
"Mövcud məlumatlara görə, hələlik narahatlıq üçün səbəb yoxdur," - o qeyd edib.
Avropa Komissiyası üzv dövlətlər, Ümumdünya Səhiyyə Təşkilatı və Xəstəliklərin Profilaktikası və Nəzarəti üzrə Avropa Mərkəzi (ECDC) ilə əlaqə saxlayır.
"Biz vəziyyəti çox diqqətlə izləyirik və kruiz gəmisində xəstəlik barədə məlumat aldığımız ilk gündən müvafiq orqanlarla daimi əlaqədəyik," - E.Hrnçirjova əlavə edib.
ECDC vəziyyəti qiymətləndirmək üçün gəmiyə ekspert göndərib.
"Vəziyyəti qiymətləndirməmək və hər mərhələdə reaksiya verməyə hazır olmaq üçün lazım olan hər şeyi edirik," - Avropa Komissiyasının nümayəndəsi yekunlaşdırıb.
Almaz Həsənli