Banqladeşdə qızılca xəstəliyi: 100 uşaq ölüb, hakimiyyət orqanları təcili peyvənd kampaniyasına başlayıb

Banqladeşdə qızılca xəstəliyi: 100 uşaq ölüb, hakimiyyət orqanları təcili peyvənd kampaniyasına başlayıb

14:02
Bəyəndim (1) Bəyənmədim (0)

BBC-nin məlumatına görə, Banqladeş sürətlə yayılan və əsasən uşaqlar olmaqla 100-dən çox insanın ölümünə səbəb olan qızılca xəstəliyinə qarşı təcili peyvənd kampaniyasına başlayıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, 15 martdan bəri ölkədə 7500-dən çox qızılca xəstəliyi qeydə alınıb, 2025-ci ildə isə bu rəqəm cəmi 125 olub.

170 milyon əhalisi olan Banqladeşdə uşaqlara doqquz aylıq yaşlarından başlayaraq müntəzəm qızılca peyvəndi vurulur. Müntəzəm peyvəndlə yanaşı, ölkə hər dörd ildən bir xüsusi qızılca peyvəndi kampaniyaları keçirir.

Səhiyyə Departamentinin direktor müavini Şəhriyar Səccadın sözlərinə görə, epidemiya zamanı yoluxanların təxminən üçdə biri doqquz aylıqdan kiçik uşaqlar olub.

"Xüsusilə də, hələlik müntəzəm peyvənd olunmayan bu kiçik uşaqlarda yoluxma halları narahatlıq doğurur. 2020-ci ildən bəri əvvəlcə Covid-19, daha sonra isə "siyasi vəziyyət" səbəbindən xüsusi qızılca peyvəndi kampaniyaları aparılmayıb", - deyə UNICEF-in Banqladeşdəki nümayəndəsi Rana Flauers bildirib.

2024-cü ildə Banqladeşin Baş naziri Şeyx Hasina kütləvi hökumət əleyhinə etirazlardan sonra devrildi. Hasinanın devrilməsindən sonra müvəqqəti hökumət hakimiyyətə gəldi və yeni hökumət yalnız bu ilin fevral ayında seçildi. Peyvənd çatışmazlığına görə günah yeni tədarük sisteminə nəzarət edən keçmiş müvəqqəti hökumətdədir.

UNICEF-in açıqlamasında deyilir: "Banqladeş tarixən yüksək səviyyədə immunizasiya əhatə dairəsinə malik olub, lakin immunitetdəki kiçik boşluqlar belə zamanla immunitet boşluqlarının tədricən toplanmasına səbəb ola bilər".

Əziz MUSTAFA