Türkiyədə  xərçəngə qarşı dərman sınaqlarının birinci mərhələsi uğurla başa çatdırılıb

Türkiyədə xərçəngə qarşı dərman sınaqlarının birinci mərhələsi uğurla başa çatdırılıb

08:39
Bəyəndim (0) Bəyənmədim (0)



Türkiyədə xərçəngə qarşı dərman sınaqlarının birinci mərhələsi uğurla başa çatdırılıb . Haberler-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə naziri Kemal Memişoğlu məlumat verib.

Səhiyyə naziri bildirib ki, "Türkiyə ilk dəfə öz laboratoriyalarında, xəstəxanalarında və alimlərlə birlikdə xərçəncə qarşı dərman sınaqları keçirib və bu, uğurla nəticələnib". Nəşr qeyd edir ki, Boğaziçi Universitetinin rəhbərliyi altında hazırlanan molekul II və III Mərhələ sınaqlarını uğurla başa çatdırarsa, Türkiyə ilk xərçəng dərmanını dünyaya təqdim edə biləcək.

İnkişaf etdirilən texnologiyanın dərmanı birbaşa şiş hüceyrəsinə yönəltdiyi, yan təsirləri azaltdığı və müalicənin effektivliyini artırdığı deyilir.
Əziz MUSTAFA