Təzyiq üçün nə içməli: Alimlər №1 içkini açıqlayıblar
Dərmanlar və həyat tərzində dəyişikliklərlə yanaşı, kifayət qədər su istehlakı da qan təzyiqini idarə etməyə kömək edə bilər.
Tədqiqatlar sübut etdiyi kimi, bəzi hallarda su qan təzyiqini aşağı salmağa kömək edə bilər – əsasən, əgər insan susuzdursa. Hipertoniya xəstələri isə adətən susuz olurlar. Oxuməni.az xəbər verir ki, bu barədə “Health” yazır. Ekspertlər hesab edirlər ki, su susuzluğun qarşısını alaraq qan təzyiqini idarə etməyə kömək edir.
Tədqiqatlar müəyyən edib ki, orqanizm susuz qaldıqda, əsasən sudan ibarət olan qan həcmini itirir, bu da elektrolit balanssızlığına, o cümlədən natrium və digər mineralların yüksək konsentrasiyasına səbəb ola bilər.
Natriumun yüksək konsentrasiyası orqanizmin vazopressin hormonunu ifraz etməsinə səbəb ola bilər ki, bu da suyun saxlanmasını tənzimləyir və qan damarlarını daraldır. Bu, qan damarlarının divarlarına təsir edən qüvvəni – yəni təzyiqi artırır.
Su istehlakı susuzluğun orqanizmə bu cür təsirlərini azaltmağa kömək edə bilər.
Adətən gündə 6-8 stəkan su içmək tövsiyə olunur.
Bəzi hallarda orqanizmdə suyun həddindən çox olması səbəbindən təzyiq yüksəlir. Tədqiqatlar müəyyən edib ki, hipervolomiya orqanizm çox maye saxladıqda və onu kifayət qədər xaric edə bilmədikdə yaranır. Ümumi qan həcminin artması qan damarlarının divarlarına düşən yükü artırır, bu da hipertoniyaya səbəb olur.
Su ilə yanaşı, digər içkilər də qan təzyiqini idarə etməyə kömək edə bilər:
Çuğundur şirəsi: 2024-cü ildə dərc edilmiş bir tədqiqat, çuğundur şirəsinin gündəlik istehlakının təzyiqi aşağı salmağa kömək edə biləcəyini göstərir, çünki çuğundurda olan nitratlar qan damarlarını genişləndirir.
Pomidor şirəsi: Hipertoniya və yüksək "pis" xolesterin səviyyəsi olan yetkin şəxslər üzərində aparılan bir tədqiqat, bir il ərzində gündəlik duzsuz pomidor şirəsi istehlakının hər iki göstəricini yaxşılaşdırdığını və ürək-damar xəstəlikləri riskini azaltdığını göstərib.
Nar Şirəsi: Tədqiqatlara görə, nar suyu, tərkibindəki polifenolların - antioksidantlarla zəngin birləşmələrin - tərkibinə görə qan təzyiqini aşağı salmağa kömək edir.
Quşüzümü şirəsi (Lat. Oxycóccus, rus. klyukva): Artıq çəkisi və yüksək qan təzyiqi olan böyüklər üzərində aparılan bir tədqiqatda, gündə təxminən 470 ml quşüzümü şirəsi qəbulunun 2 ay ərzində qan təzyiqini azaltmağa kömək etdiyi müəyyən edilmişdir.
Yaşıl və ya Qara Çay: Yaşıl çay qara çaydan daha təsirli ola bilər, lakin hər iki çayı içmək qan təzyiqini aşağı salmağa kömək edir.
Elektrolit Su: Bir araşdırmada, maqnezium və kalsiumlu su içənlərin adi su içənlərə nisbətən yüksək qan təzyiqi riski daha aşağı idi. Kalium, bəzi içkilərdə tapılan və qan təzyiqini aşağı salmaq üçün faydalı olan başqa bir elektrolitdir.
Almaz Həsənli






























































































