Ayaqlarda qaşınma ciddi xəstəliyin əlaməti ola bilər

Ayaqlarda qaşınma ciddi xəstəliyin əlaməti ola bilər

15:49
Bəyəndim (3) Bəyənmədim (0)


Ayaqlarda, xüsusən də daban, baldır və ya topuq nahiyəsində dəridə davamlı qaşınma sadəcə keçici bir qıcıqlanma ola bilməz. Oxuməni.az xəbər verir ki, “Diabetes UK” mütəxəssisləri bildirirlər ki, belə bir əlamət şəkərli diabetin inkişafına işarə edə bilər.
Ekspertlərin sözlərinə görə, qaşınma tez-tez şəkərinin qanda uzun müddət yüksək olması səbəbindən yaranır, bu da kiçik qan damarlarını və sinirləri zədələyir, həmçinin dəri quruluğuna səbəb olur. Diabetli insanlarda dəri problemlərinin inkişaf ehtimalı bu xəstəlikdən əziyyət çəkməyənlərlə müqayisədə üç dəfə daha yüksəkdir. Bəzi hallarda qaşınma artıq inkişaf etmiş fəsadlarla, məsələn, diabetik neyropatiya və ya böyrək xəstəliyi ilə əlaqəli ola bilər.
Qaşınmadan əlavə, şəkərli diabetin mümkün inkişafına digər əlamətlər də işarə edə bilər. Bunlar arasında davamlı susuzluq və ağız quruluğu, tez-tez sidiyə getmə, izah olunmayan çəki itkisi, xroniki yorğunluq, yaraların yavaş sağalması, görmə qabiliyyətinin pisləşməsi, təkrarlanan göbələk infeksiyaları var.
Almaz Həsənli