
Kəllə sümüyündən 77 iynə çıxarılıb
Hindistanda 19 yaşlı qadının başından 77 iynə çıxarılıb. Baş ağrısı şikayəti ilə xəstəxanaya yerləşdirilən qadın əməliyyat olunub.
Gənc qız şiddətli baş ağrısı şikayəti ilə cümə axşamı əyalətin Bhima Bhoi Xəstəxanasına yerləşdirilib. Skan zamanı onun başına çoxlu iynələr vurulduğu məlum olub.
Əvvəlcə səkkiz iynə çıxarılsa da, vəziyyəti yaxşılaşmayıb və ona görə də başqa xəstəxanaya köçürülüb. Burada aparılan iki əməliyyat zamanı daha 70 iynə çıxarılıb.
Əməliyyat gecə saat 2 radələrində başlayıb və bir saat yarım davam edib. İynələrin heç birinin sümüklərə nüfuz etmədiyi bildirilərkən, onların yumşaq toxuma qanamasına səbəb olduğu aşkarlanıb.
Hələlik iynələrin qadının başına hansı səbəbdən vurulduğu məlum deyil.
Oxuməni.az
Digər xəbərlər