Yüksək ixtisaslı  həkim bu xəstələrə oruc tutmağı məsləhət görmür

Yüksək ixtisaslı  həkim bu xəstələrə oruc tutmağı məsləhət görmür

30 Mart 2023 10:41
Bəyəndim (0) Bəyənmədim (0)

Yüksək ixtisaslı professor həkim Yunus Emiroğlu mətbuata açıqlamasında bildirib ki, sağlam insanlarda 12-24 saat orucun orqanizmə zərərli olduğunu göstərən heç bir məlumat hələ ki, tibbdə yoxdur.

Oruc tutmağın bəzi sağlamlıq problemlərində, xüsusən də tibbi vəziyyəti zəif olan xəstələrdə müalicə rejiminə mane ola biləcəyi üçün tövsiyə edilmədiyini vurğulayan Emiroğlu, orucun etiraz edilə biləcəyi sağlamlıq problemlərini belə sadalayıb: “Son vaxtlarda xəstəlik keçirmiş xəstələrə tövsiyə edirik ki, infarkt, ürək cərrahiyyəsi və stent qoyulmasından bir il ötməmiş oruc tutmamalıdırlar. Onların xəstəliyi və ya tibbi proseduru elə də çətin deyil. Amma bir ildən sonra sağ qalan xəstələrin vəziyyəti yenidən yoxlanılır. Səhhətləri tam bərpa edibsə, oruc tutmağa icazə verilə bilər. Ancaq ürək-damar xəstəliklərində hər zaman tam sağalma əldə oluna bilməz, xəstənin ömürlük dərman istifadəsinə ehtiyac ola bilər. Bu gün ürək dərmanlarının əksəriyyəti gündə bir dəfə qəbul edilən dərmanlardır. Ümumiyyətlə nəzarətsiz hipertoniya xəstəliyi olanlar, müalicə olunmayan ürək çatışmazlığı olanlar, yaxınlarda infarkt keçirənlər və ya əməliyyat, stent taxılanlar, sağlamlıq vəziyyəti qeyri-stabil olanlar, həddindən artıq zəif insanlar, şəkər xəstələri və yaşlılar oruc tutmamalıdırlar”.

Murad Şahməmmədov