Rusiyada ilk dəfə  "Kraken" koronavirusuna  yoluxma qeydə alınıb

Rusiyada ilk dəfə "Kraken" koronavirusuna  yoluxma qeydə alınıb

13 Yanvar 2023 10:37
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada ilk dəfə olaraq, "Kraken" koronavirusuna yoluxma qeydə alınıb

Oxuməni.az xəbər verir ki, Rospotrebnadzorun mətbuat xidmətinin yaydığı məlumata görə, Rusiyada ilk dəfə olaraq xüsusilə yoluxucu olan XBB.1.5 (“kraken”) koronavirusunun subvariantı aşkar edilib. İdarədə qeyd edildiyi kimi, adı açıqlanmayan sənaye obyektinin administrasiyasında işləyən 32 yaşlı Penza sakinində "kraken" virusu tapılıb.

Qadın dekabrın 27-də xəstələnib, xəstəlik yüngül formada keçib, yanvarın 2-də o, sağalıb. Rospotrebnadzor qeyd edib ki, “ omikron ştammının yeni subvariantının, "Kraken" -in peyda olması ilə əlaqədar, heç bir məhdudiyyət nəzərdə tutulmur”.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Omicron ştammının (Kraken) XBB.1.5 subvariantını koronavirusun mövcud olan ən yoluxucu variantı adlandırıb, lakin xəstəliyin gedişatını mütəxəssislər mülayim kimi qiymətləndirirlər.

Rospotrebnadzorun məlumatına görə, hazırda Rusiyada "Omicron" ştammının geniş çeşidi müəyyən edilib, lakin BA.5 variantı dominant olaraq qalır. Payızda Rusiyada 2021-ci ilin ikinci yarısında üstünlük təşkil edən və bir neçə yüz min insanın ölümünə səbəb olan "delta" ştammı ilə, yoluxma halları aşkar edilib.

Rospotrebnadzor Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun genomik tədqiqatlar laboratoriyasının rəhbəri Kamil Xafizov hesab edir ki, “yüksək ehtimalla kraken Rusiya Federasiyasında koronavirusun dominant subvariantına çevriləcək. Heç olmasa, başqa ölkələrin məlumatları əsasında, biz belə bir nəticə çıxara bilərik".

“Kraken” ilk dəfə oktyabr ayında ABŞ-da aşkar edilib. ABŞ-dan əlavə, Böyük Britaniyada və digər Avropa ölkələrində aktiv şəkildə yayılır. Rusiyada son sutka ərzində 4201 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 48 xəstə vəfat edib.

E.Axund. Oxuməni.az