Covid XBB.1.5 koronavirusun yeni versiyası təhlükəlidirmi ?

Covid XBB.1.5 koronavirusun yeni versiyası təhlükəlidirmi ?

6 Yanvar 2023 09:23
Bəyəndim (0) Bəyənmədim (0)

Covid-in yeni alt variantı ABŞ-da sürətlə yayılmağa davam edir. Böyük Britaniyada artıq bir neçə yoluxma qeydə alınıb. Beləliklə, XBB.1.5 haqqında nə bilmək lazımdır?

Oxuməni.az xəbər verir ki, bu, hazırda bütün dünyada dominant olan Omicron koronavirus variantının başqa bir versiyasıdır. Bu da öz növbəsində 2021-ci ilin sonunda ortaya çıxdı və virusun əvvəlki mutasiyalarını Alpha, Beta və Delta-nı əvəz etdi.

Omicron, orijinaldan daha yoluxucu olan bir çox alt variant yaradıb.

Hesab edilir ki, XBB.1.5-in simptomları Omicron-un əvvəlki versiyalarının simptomlarına bənzəyir, lakin bu barədə əmin olmaq hələ tezdir. Əksər insanların simptomları soyuqdəyməyə bənzəyir.

XBB.1.5 əvvəlki variantlardan daha yoluxucu və ya təhlükəlidirmi?

XBB.1.5 özü Böyük Britaniyada 2022-ci ilin sentyabrında yayılmağa başlayan XBB-nin nəslindəndir, lakin səhiyyə orqanları onu "narahatlıq doğuran" kimi təsnif etmək üçün kifayət qədər əsas tapmayıblar.

XBB-də orqanizmin immun müdafiəsini “yarmağa” kömək edən xüsusi mutasiya vardır.

London İmperial Kollecinin professoru Vendy Barklay deyir ki, XBB.1.5-də genetiklər tərəfindən F486P adı ilə tanınan mutasiya var və bu mutasiya virusun immun sistemimizdən yayınma qabiliyyətini itirmədən hüceyrələrə daxil olmaq qabiliyyətini bərpa edir. Bu, virusun yayılmasını asanlaşdırır.

Mütəxəssislərin hesablamalarına görə, ABŞ-da yeni koronavirus infeksiyalarının 40%-dən çoxu XBB.1.5-dən olan variantıdır ki, bu da onu ölkədə dominant varianta çevirir.

Dekabrın əvvəlində o, infeksiyaların cəmi 4%-ni təşkil edib, yəni XBB.1.5 Omicron-un əvvəlki versiyalarını tez bir zamanda keçib.

Son həftələrdə ABŞ-da Covid-19 infeksiyası səbəbiylə xəstəxanaya yerləşdirilənlərin sayı artmağa başlayıb və ölkə hakimiyyəti yenidən virus üçün pulsuz sınaq proqramını işə salıb.

E. Axund, Oxuməni.az