ARAZ SUPERMARKET-TƏŞƏKKÜR EDİRİK!

ARAZ SUPERMARKET-TƏŞƏKKÜR EDİRİK!

30 İyun 22:38
Bəyəndim (6) Bəyənmədim (0)

Sağlam rəqabət yüksək keyfiyyət və müştərilərin məmnunluğu deməkdir. Sahə təyinatından, ticarət növündən asılı olmayaraq müştərilərə göstərilən yüksək xidmət, müştəri razılığı ilk növbədə həmin ticarət sahəsinin uğurudur. Bu uğura imza atan ticarət obyektlərindən biri də Xətai rayonu, Gəncə prospekti 29/42-ci məhəllə, 4-cü korpusda 7/24 saat fəaliyyət göstərən Araz Supermarketdir. Burada istər işçi heyətinin yüksək xidməti, istərsə də hər növ malların zövqlə çeşidlənməsi istər-istəməz alıcılarda məmnunluq yaradır. Təbii ki, bütün bunlarda marketin müdiri Həsən Əmirlinin bu sahədə olan peşəkarlığı da öz sözünü deyir.

Biz də müştəri məmnunluğundan irəli gələrək qeyd etdiyimiz ünvanda fəaliyyət göstərən Araz Supermarketə, onun işçi heyətinə və xüsusən də Həsən Əmirliyə öz təşəkkür borcumuzu bildiririk: Var olun və hər zaman uğurlarınız yüksək olsun!

Dərin hörmətlə: Müşviq Həsənov