Ermənilər Şuşa və Hadrudu qaytarmaq üçün "hərəkət"ə keçib?

Ermənilər Şuşa və Hadrudu qaytarmaq üçün "hərəkət"ə keçib?

30 Aprel 2021 14:35
Bəyəndim (0) Bəyənmədim (0)

Fransa ölkəmizə qarşı növbəti təxribata hazırlaşır. Bu günlərdə fransalı deputatlardan biri F.Pupponi parlamentin müzakirəsinə daha bir antiazərbaycan qətnaməsinin layihəsini təqdim edib.

Oxuməni.az-ın verdiyi xəbərə görə, ölkəmizin təcavüzkar kimi təqdim edildiyi sənədi Fransa parlamentinin 33 üzvü artıq dəstəkləyib.Onlar təkcə Dağlıq Qarabağla məhdudlaşmayıblar və Azərbaycanın azad etdiyi ətraf 7 rayonu da öz qətnamə layihələrində hansısa “təmas xətti zonası” elan ediblər. Bundan əlavə, sənəddə Azərbaycan işğal edilmiş ərazilərini azad etdiyi üçün qınanır. Qətnamə layihəsində həmçinin Bakıdan 60-dan çox erməni diversantının azad edilməsi tələb olunur.

Az öncə saxta soyqırımın ildönümü ilə bağlı İrəvanda səfərdə olmuş Fransa Senatının sədri Jerar Larşe eyni tələblə çıxış eləmiş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə digər təxribatçı açıqlamalar vermişdi. Bundan əlavə, məlumatlara görə, Larşenin rəhbərlik elədiyi nümayəndə heyəti bu günlərdə Xankəndinə də gedib.

Beləcə, Fransa açıq-aşkar ermənidən çox erməni olduğunu isbatlamağa və Bakıya qarşı de-marşlara davam edir. Ermənistan kimi heç bir beynəlxalq hüququ hərləməyərək, Azərbaycana əməlli-başlı meydan oxuyur, ərazi bütövlüyümüzü şübhə altına alır. Bəs buna cavabımız nə olmalıdır? Səfir XİN-ə çağırılacaqmı? Fransanın formal həmsədrliyindən imtina ediləcəkmi? Diplomatik münasibətlər kəsiləcəkmi?

Xocalı hərbi canisi, Ermənistanın eks-prezidenti Robert Köçəryandan sərsəm iddia: “Əminəm ki, danışıqlar yolu ilə biz keçmiş DQMV-nin ərazisini bərpa edə bilərik. Söhbət ilk növbədə Şuşa və Hadrutun qaytarılmasından gedir”.

Bunu o, tərəfdarları ilə görüşdə deyib. Bənzər fikri separatçıbaşı Araik də söyləmişdi. Köçəryan onu da bildirib ki, “müharibənin bitməsi hələ konfliktin bitməsi demək deyil, ədalətli sülh olmasa yenə müharibə ola bilər”.

Hansı danışıqlardan dəm vururlar, Şuşanı, Hadrudu hara “qaytarmaq” istəyirlər? Onlar bu iddiaları beynəlxalq aləmdə tirajlamaq, himayədarlarının vasitəsilə Azərbaycana təzyiq kampaniyası başlatmaq istəyirlər.