Rusiya rəhbərliyinin hazırkı siyasəti birbaşa Azərbaycana təzyiqdir – Moskva “iş başında”
“Rusiya müdafiə naziri Segey Şoyqunun hər həftə Ermənistanın müdafiə naziri Vaqarşak Arutunyana, həmçinin prezident Putinin Paşinyana zəng etməsi, Moskvanın birtərəfli olaraq Ermənistanı oyundan kənar saxlamamaq cəhdidir”.
Oxuməni.az-ın verdiyi xəbərə görə,məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, sülhməramlı qüvvvələr ilk növbədə Azərbaycanın ərazisindədir və Rusiya müdafiə naziri azərbaycanlı həmkarı ilə bu barədə danışmalıdır: “Azərbaycan elan edir ki, Ermənistanla münaqişə bitib və bu ölkənin Qarabağ məsələsində heç bir siyasi-hərbi üstünlüyü yoxdur. Moskva isə, Azərbaycana mesaj vermiş kimi nümayişkəranə şəkildə Ermənistanla müzakirə aparır və göstərmək istəyir ki, münaqişə bitməyib. Ona görə də Rusiya rəhbərliyinin hazırkı siyasəti birbaşa Azərbaycana təzyiqdir. Həmçinin belə bir siyasi prosesin davam etməsi Paşinyan üçün də təhlükəli gedişdir. Çünki Rusiyadan asılı vəziyyətdə qalır və müstəqil siyasət apara bilmir”.
Politoloq əlavə edib ki, Ermənistanın Azərbaycanla münasibətlərin normallaşması prosesi baş tutmaya bilər: “Bu da Ermənistanda siyasi-iqtisadi vəziyyətin daha da pisləşməsinə gətirib çıxaracaq. Azərbaycan Şuşaya alternativ yolu işə saldıqdan, həmçinin Kəlbəcərə yeni yol çəkdikdən sonra, Rusiya sülməramlı qüvvələrinə Azərbaycanın ehtiyacı olamayacaq. Bundan sonra konkret şəkildə Azərbaycan, sülhməramlı qüvvələrin fəaliyyəti ilə bağlı ciddi hərəkətə keçməlidir. Onların özbaşınalıqlarına son qoymalıdır. Qarşıda beş il var. Və beş ildən sonra Rusiya əsgərinin torpaqlarımızdan çıxarılmasına nail olmalıyıq. Bu, regionda sülhün və təhlükəsziliyin təmininə gətirəcək. Hətta Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətdə qalacaqsa, o da Rusiyanın regiondan çıxarılmasına çalışacaq.



















































































.jpg)











