QAT BMT-nin Azərbaycandakı nümayəndəliyi qarşısında etiraz aksiyası keçirdi

QAT BMT-nin Azərbaycandakı nümayəndəliyi qarşısında etiraz aksiyası keçirdi

7 İyun 2012 12:46
Bəyəndim (0) Bəyənmədim (0)

Qarabağ Azadlıq Təşkilatının (QAT) üzvləri BMT-nin Azərbaycandakı nümayəndəliyinin binası qarşısında etiraz aksiyası keçiriblər. Apa-nın məlumatına görə, aksiyada ATƏT-in Minsk Qrupunun buraxılması, Ermənistanın işğalçı dövlət kimi tanınması və ona qarşı sanksiyaların tətbiq olunması, cəbhə xəttində Azərbaycan əsgərlərini qətlə yetirməkdə davam edən işğalçı Ermənistan rejiminə qarşı dərhal təsirli tədbirlərin görülməsi kimi tələblər irəli sürülüb.

Aksiya iştirakçıları "Qarabağ!", "Biz müharibə tələb edirik!", "Həmsədrlərə inanmırıq!", "Qarabağın azadlığı müharibədən keçir!", "Xalq diplomatiyası dayandırılsın!", "Məmurların Ermənistana səfərlərinə son qoyulsun!" şüarlarını səsləndiriblər.
Daha sonra aksiyanın qətnaməsi oxunub. Sənəddə BMT-dən özündə cəsarət tapıb ATƏT-in Minsk Qrupundan öz missiyasını yerinə yetirməyi istəməsi, Dağlıq Qarabağ münaqişəsinə müdaxilə olunması üçün Təhlükəsizlik Şurasının xüsusi iclasının çağırılması tələb olunub.
Qətnamə BMT nümayəndəliyinə təqdim olunub.

O.M.