Rusiya İstanbuldakı sülh görüşünə qatılacaqmı?

Rusiya İstanbuldakı sülh görüşünə qatılacaqmı?

19 Mart 2021 09:30
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Əfqanıstanla bağlı aprel ayında İstanbulda keçirilməsi planlaşdırılan beynəlxalq konfransda iştirak barədə hələ qərar qəbul etməyib.

Oxuməni.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İkinci Asiya Departamentinin rəhbəri Zamir Kabulov deyib.

"Ümumiyyətlə, hələ heç bir razılıq verməmişik. İstanbuldakı görüş konsepsiyasını gördüyümüz zaman qərar veriləcək", - Kabulov vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl M.Çavuşoğlu Əfqanıstan sülh prosesi iclasının apreldə İstanbulda keçirməyi planlaşdırdıqlarını açıqlamışdı.

Oxuməni.az