Əli Həsənov: “Biz qətiyyən demirik ki, Azərbaycanda hüquqları tapdanan yoxdur”

Əli Həsənov: “Biz qətiyyən demirik ki, Azərbaycanda hüquqları tapdanan yoxdur”

31 May 2012 12:53
Bəyəndim (0) Bəyənmədim (0)

"Görün, Azərbaycan müxalifəti nə qədər rəzil, anti-Azərbaycan mövqelidir. Gələn qonaqları mikrorayonlara aparıb göstərirlər ki, burada asfalt dağılıb. Niyə aparıb qaçqın düşərgələrini göstərmirlər?"

APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Ə.Həsənov müxalifətdəkilərin əksəriyyətinin Qarabağdan olduqlarını, müharibəni yaşadıqlarını bildirib: "Lakin onları Dağlıq Qarabağ deyil, hakimiyyətə gəlmək maraqlandırır. Onlara isə hakimiyyəti kimin verəcəyini yaxşı bilirlər. Lakin bunun üçün Azərbaycanı işğal etmək, azərbaycanlıların meyiti üzərindən keçmək lazımdır. Biz qətiyyən demirik ki, Azərbaycanda hüquqları tapdanan yoxdur. Anti-Azərbaycan platformasında birləşən müxalifət isə hələ də hesab edir ki, Qərbdən gəlib onları hakimiyyətə gətirəcəklər. Öz xalqı qarşısında hesabat verməyən insanlar hakimiyyətə gəlmək istəyirlər. Xalqın etimadına söykənməyən heç bir qurum möhkəm ola bilməz. Guya xalq gəzintisi keçirirlər. Bir nəfər çıxıb desin ki, harada belə xalq gəzintisi olub? Hansı xalq yürüşü zamanı xarici jurnalist görən kimi özünü yerə çırpıb, çığırıb? Müxalifətin təşkil etdiyi xalq yürüşündə isə məhz belə hallar oldu".

O.M.