
Dmitri Medvedev partiya yoldaşlarından pul istədi
Baş nazir rusiyalı oliqarxları şantaj etdi
Rusiyanın yeni Baş naziri "Единая Россия (Vahid Rusiya)" partiyasından olan həmkarlarından maliyyə məsələlərində fəal olmalarını istəyib. Interfax-ın məlumatına görə, o, bu barədə fikrini partiyadaxili diskussiyada açıq aydın bildirib: "Əlbəttə, partiyaya pul lazımdır. Mənə elə gəlir ki, hər kəs partiyanın maliyyə məsələlərində fəal olmaq barədə düşünməlidir".
Xatırladaq ki, bu, "Единая Россия (Vahid Rusiya)" partiyasının qurultayı ərəfəsində səslənən ən radikal bəyanatlardan biridir. Buna qədər ölkənin rəhbərliyindən heç bir kəs bu cür ünvanlı bəyanat səsləndirməmişdi. Rusiyalı analitiklərin fikrincə, Baş nazirin bu addımı təsadüf deyil və yerli oliqarxlara şantaj xarakteri daşıyır.
O.M.
Digər xəbərlər