İctimai Palataya İctimai Televiziya qarşısında aksiya keçirmək qadağan edildi

İctimai Palataya İctimai Televiziya qarşısında aksiya keçirmək qadağan edildi

24 May 2012 11:25
Bəyəndim (0) Bəyənmədim (0)

Polis Müsavat Partiyası başqanının müavinləri Gülağa Aslanlı və Tofiq Yaqublunu saxlayıb. İctimai Palatanın (İP) Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, G.Aslanlı Nəsimi, T.Yaqublu isə Suraxanı Rayon Polis idarələrinə aparılıblar.

Qeyd edək ki, dünən İctimai Palatanın nümayəndələri - Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı, AXCP sədrinin müavini Asəf Quliyev, İctimai Palatanın Koordinasiya Şurasının üzvü İbrahim İbrahimli, Müsavat Partiyasının üzvləri Çingiz Əli, Fəzli Mehdiyev və İdris Əmiraslanov Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.
İdarədə adıçəkilən müxalifət partiyalarının nümayəndələrinə bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətlərinin qarşısında İctimai Palatanın saat 13.00-a təyin olunan aksiyanın təxirə salınmasına dair xəbərdarlıq edilib.

O.M.