
İctimai Palata İctimai Televiziyanın qarşısında etiraz aksiyası keçirməyə hazırlaşır
İctimai Palata (İP) İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) binası qarşısında etiraz aksiyası keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. Bunu APA-ya palatanın mitinq üzrə təşkilat komitəsinin üzvü, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu deyib. T.Yaqublu bildirib ki, aksiya mayın 24-də saat 13.00-da keçiriləcək. Onun sözlərinə görə, aksiyada İctimai Televiziya kanalında müxalifət partiyalarının nümayəndələrinə efir vaxtının verilməsi, o cümlədən İctimai Palatanın tədbirlərinin işıqlandırılması kimi tələblər irəli sürüləcək.
O.M.
Digər xəbərlər