Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının müraciətini rədd etdi

Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının müraciətini rədd etdi

15 May 2012 13:36
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının VIII qurultayının keçirilməsi üçün müvafiq yer ayırması ilə bağlı partiyanın müraciətini cavablandırıb. Partiyanın sədr müavini Tofiq Yaqublunun APA-ya verdiyi məlumata görə, paytaxt rəhbərliyi partiyanın istədiyi yerlərdə qurultay keçirməsini məqsədəuyğun hesab etməyib. BŞİH növbəti dəfə Bakıxanov qəsəbəsindəki A.İsgəndərov adına Mədəniyyət Evini, Maştağa qəsəbəsindəki M.Məmmədyarov adına Mədəniyyət Evini, Əmircan qəsəbəsindəki S.Bəhlulzadə adına Mədəniyyət Evini və Əhmədli qəsəbəsindəki "Bakı" kinoteatrını partiyaya təklif edib. Məktubda partiyaya bu yerlərdən birini seçərək, həmin yerin müdiriyyətinə müraciət etmələri tövsiyə olunub. Xatırladaq ki, mayın 8-də Müsavat Partiyası VIII qurultayını keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müvafiq yer ayırması xahişi ilə müraciət edib. Müraciətdə qurultayın keçirilməsi üçün 800-1000 nəfərin yerləşə biləcəyi iclas zalının ayrılması xahiş olunub.

O.M.