Böyük Britaniyada 6 nəfərdən artıq insanın bir yerə toplaşması qadağan olunub
Böyük Britaniyada koronavirusa yoluxma hallarında artım baş verdiyi üçün qaydalar yenidən sərtləşdirilir.
Oxuməni.az-ın verdiyi xəbərə görə, hökumət tərəfindən qəbul edilən yeni qərara görə bazar ertəsindən etibarən 6 nəfərdən artıq insanın bir yerə toplaşması qadağan olunub.
Nazirlər Kabinetindən edilən açıqlamada toplaşma qadağasının həm qapalı, həm də açıq məkanları əhatə etdiyi bildirilib.
Qaydaya tabe olmayanlar 100 funt sterlinq məbləğində cəzalandırılacaq. Qanun pozuntusu təkrarlanarsa, cərimə əvvəlki ilə müqayisədə iki dəfə artırılacaq.
Qadağa bütün yaş qruplarını, ictimai yerləri, pub və restoranlar kimi yerləri əhatə edir.
Oxuməni.az
Digər xəbərlər































































































