ABŞ-da Belarusa qarşı əlavə sanksiyaların tətbiqi ehtimalı nəzərdən keçirilir
ABŞ müttəfiqləri ilə birlikdə Belarusa qarşı əlavə sanksiyaların tətbiq edilməsi imkanlarını nəzərdən keçirir.
Oxuməni.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Maykl Pompeonun bəyanatında deyilir.
"Birləşmiş Ştatlar tərəfdaşlarımızla və müttəfiqlərimizlə birgə Belarusda insan hüquqlarının pozulmasına son qoyulması və repressiyalara əl atanların məsuliyyətə cəlb edilməsi üçün əlavə sanksiyalara əl atılması imkanlarını nəzərdən keçirir", - deyə bəyanatda bildirilir.
Dövlət Departamenti Minski "öz xalqına qarşı zorakılığa son qoymağa, ABŞ vətəndaşı Vitali Şklyarov da daxil olmaqla, haqsız saxlanılan şəxslərin hamısını azad etməyə və müxalifət ilə konstruktiv dialoqa başlamağa"çağırıb.
Oxuməni.az
Digər xəbərlər




























































.jpg)
.jpg)
.jpg)

































