Dövlət Departamentində ümid edirlər ki, ABŞ-ın Minskdəki səfiri öz vəzifəsinə mümkün qədər tez başlayacaq
ABŞ Konqresinin Senatının mümkün razılığı ilə ABŞ-ın Minskdəki səfiri vəzifəsinə namizəd Culi Fişer qısa müddət ərzində öz vəzifəsinin icrasına başlayacaq.
Oxuməni.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent Almaniyanın Marşal Fondunun Vaşinqtonda təşkil etdiyi videokonfransda çıxışı zamanı deyib.
O xatırladıb ki, ABŞ prezidenti Donald Tramp Fişerin namizədliyini irəli sürüb və indi "hər şey Senatın əlindədir". Hazırda ABŞ Senatının xarici məsələlər komitəsində onun namizədliyinin müzakirəsinə həsr olunmuş dinləmələr keçirilib. Bundan sonra qanunvericilik orqanının yuxarı palatası artıq tam tərkibdə öz razılığını verməlidir. Ötən ay qanunverici orqan ənənəvi tətillərə gedib və yalnız gələn həftə işə başlayacaq.
Oxuməni.az




























































.jpg)
.jpg)
.jpg)

































