Putinin BMT Baş Assambleyasındakı çıxışı sentyabrın 22-nə planlaşdırılıb

Putinin BMT Baş Assambleyasındakı çıxışı sentyabrın 22-nə planlaşdırılıb

2 Sentyabr 2020 12:32
Bəyəndim (3) Bəyənmədim (0)

Rusiya Prezidenti Vladimir Putin BMT Baş Assambleyasının 75-ci sessiyasında sentyabrın 22-də çıxış edə bilər.

Oxuməni.az kommersant.ru-ya istinadən xəbər verir ki, Putinin adı həmin tarixdə ümumpolitik debatlarda çıxış edənlərin siyahısında yer alır.

Bununla belə iyul ayında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verdi ki, dövlət başçısı hələlik Baş Assambleyaya - Nyu-Yorka getməyi planlaşdırmır.

Cənab Putinin sentyabrın 22-də Braziliya, ABŞ, Türkiyə, Çin, Çili və Kuba liderlərindən sonra yeddinci çıxış edəcəyi güman edilir.

Vladimir Putin 2000, 2003, 2005 və 2015-ci illərdə BMT-nin tribunasından dörd dəfə çıxış edib.

Oxuməni.az