Almaniya və SSRİ İkinci Dünya müharibəsinin başlaması üçün  məsuliyyət daşıyır

Almaniya və SSRİ İkinci Dünya müharibəsinin başlaması üçün məsuliyyət daşıyır

1 Sentyabr 2020 11:07
Bəyəndim (2) Bəyənmədim (0)

Polşanın Baş naziri Mateuş Moravetski İkinci Dünya müharibəsinin başlanmasına görə məsuliyyəti nasist Almaniyasının və Sovet İttifaqının üzərinə qoyub.

Oxuməni.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə o, çərşənbə axşamı Velyun şəhərində faşist Almaniyasının Polşaya hücumunun 81-ci ildönümünə həsr olunmuş tədbirdəki çıxışında bildirib. "Bu, yalnız ümumi müharibə deyil, həm də totalitar müharibə idi, çünki onu iki totalitar rejim başladı. Hər ikisi də totalitar quruluşlu, destruktiv, vəhşi və sözün əsl mənasında cinayətkar dövlətlərdir", - deyə Polşa Baş naziri iddia edib.

Oxuməni.az