Avropanın Rusiya ilə konstruktiv qarşılıqlı əlaqəyə ehtiyacı var

Avropanın Rusiya ilə konstruktiv qarşılıqlı əlaqəyə ehtiyacı var

31 Avqust 2020 15:56
Bəyəndim (2) Bəyənmədim (0)

Avropanın Rusiya ilə konstruktiv qarşılıqlı əlaqəyə ehtiyacı var, lakin hazırkı münasibətlər üzərində qara buludlar mövcuddur.

Oxuməni.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Hayko Maas çıxışında deyib.

"Bir tərəfdən Moskva ilə konstruktiv münasibətlərə ehtiyacımız var, çünki Rusiya olmadan Avropa daha təhlükəsiz bir yer olmayacaq. Digər tərəfdən, münasibətlərimizin üstündən buludlar asılıb”, - deyə Mass bildirib.

Maasın sözlərinə görə, Rusiya Aleksey Navalnı ilə bağlı hadisənin aydınlaşdırılması üçün daha çox səy göstərməlidir.

Oxuməni.az