Skandinaviyada Qurani-Kərimin təhqir edilməsi ilə bağlı iğtişaşlar baş verib
Oslo parlamenti qarşısında polis antimüsəlman və antirasistlər arasında baş verən toqquşmaya imkan verməmək üçün gözyaşardıcı qazdan istifadə etməli olub.
Oxuməni.az-ın euronevv-sə istinadən verdiyi xəbərə görə," Norveçin islamlaşdırılmasının qarşısını alın" təşkilatının keçirdiyi nümayiş öncə dinc xarakter daşıyıb. Lakin aksiya iştirakçılarından birinin Qurani-Kərimin çırılmış hissəsinə tüpürməsindən sonra qarşı tərəf buna sərt cavab verib. Polisin səyi nəticəsində tərəflər arasında əlbəyaxa toqquşmanın qabağını almaq olub. Polis 26 nəfəri həbs edib. Onların arasında azyaşlılar da var.
Bundan əvvəl isə analoji aksiya Qurani-Kərimin yandırılmasına etiraz olaraq İsveçin Malmö şəhərində keçirilmişdi.
Oxuməni.az
Digər xəbərlər































































































