Türkiyə Liviyada saxlanılan rusların dindirilməsinə dair məlumatları təsdiqləməyib
Türkiyə Liviyada saxlanılan rusların dindirilməsi barədə məlumatı təsdiqləməyib.
Oxuməni az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya XİN-in konsulluq departamentinin direktoru İvan Volınkin deyib.""Maksim Şuqaleyin və Samara Sueyfanın Türkiyədə sorğu-sualına gəlincə, bu məlumatların doğruluğu bizdə şübhə doğurur. Türkiyəli tərəfdaşlarla təmas zamanı bu məlumat təsdiqlənməyib", - deyə diplomat bildirib.
Volınkin həmçinin qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyi saxlanılmış rusiyalıların məsələsi ilə sıx məşğul olur və bu məsələni mütəmadi olaraq Tripoli Hakimiyyətinin nümayəndələri ilə təmaslarda qaldırır, rusların dərhal azad edilməsini tələb edir. Bu yaxınlarda Liviya MKŞ-nin xarici işlər naziri Məhəmməd Siyala yazılı şəkildə bildirib ki, Tripolidə həbs edilmiş Rusiya vətəndaşlarının problemi yaxın vaxtlarda bağlanacaq.
Oxuməni.az































































































