İctimai Palata “Eurovision” yarışması zamanı Bakıda icazəsiz mitinqlər keçirməyə hazırlaşır

İctimai Palata “Eurovision” yarışması zamanı Bakıda icazəsiz mitinqlər keçirməyə hazırlaşır

5 May 2012 11:57
Bəyəndim (0) Bəyənmədim (0)

İctimai Palatanın (İP) sessiyasında çıxışı zamanı qurumun Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli kəskin bəyanat verib. O, qurumun razılaşdırılmamış aksiyalara başlamağa hazır olduğunu qeyd edib: "Bakı şəhər İcra Hakimiyyəti mayın 7-də İctimai Palatanın paytaxt meriyasının binası qarşısında piket keçirməsinə razılıq verməsə, paytaxtda razılaşdırılmamış aksiyalar keçirəcəyik".

Ə.Kərimli həmçinin bildirib ki, İP mayın 7-də Bakı şəhər İcra Hakimiyyətinin qarşısında aksiya keçirməkdə israrlıdır: "İctimai Palata "Eurovision" musiqi yarışması zamanı da alternativ informasiya mərkəzi yaradaraq ölkədəki mövcud vəziyyət barəsində xarici mətbuat nümayəndələrini daim məlumatlandırmalıdır. Biz vəziyyət dəyişməyənə, siyasi məhbuslar azad olunmayana qədər mübarizəmizi dayandırmayacağıq".

O.M.