Belarusda hakimiyyətin ələ keçirilməsi cəhdləri ilə bağlı cinayət işi açılıb

Belarusda hakimiyyətin ələ keçirilməsi cəhdləri ilə bağlı cinayət işi açılıb

20 Avqust 2020 14:44
Bəyəndim (1) Bəyənmədim (0)

Belarusun hüquq-mühafizə orqanları müxalifətin koordinasiya şurası yaratması və hakimiyyəti ələ keçirməyə hazırlaşması ilə bağlı cinayət işi qaldırıb.

Oxuməni.az-ın news.mail.ru.-ya istinadən verdiyi xəbərə görə, ölkənin Baş prokuroru Aleksandr Konyuk məsələnin ciddi nəzarət altında olduğunu bildirib.

Cinayət işi BR CM-nin "Belarus Respublikasının milli təhlükəsizliyinə ziyan vurmağa yönəlmiş hərəkətlərə çağırışlar"maddələri ilə başlanıb.

"Koordinasiya Şurasının yaradılması və fəaliyyəti dövlət hakimiyyətinin ələ keçirilməsinə, eləcə də Belarus Respublikasının milli təhlükəsizliyinə ziyan vurulmasına yönəlib. Faktla bağlı Cinayət Məcəlləsinin 361 - ci maddəsi ilə cinayət işi başlanılıb", - deyə Konyuk bildirib.

Oxuməni.az