Norveç casus  rusiyalı diplomatı ölkədən qovur

Norveç casus rusiyalı diplomatı ölkədən qovur

19 Avqust 2020 16:02
Bəyəndim (1) Bəyənmədim (0)

Norveç Xarici İşlər Nazirliyi rusiyalı diplomatı ölkədən çıxarmağı qərara alıb.
Oxuməni.az-ın RİAN.ru-ya istinadən verdiyi xəbərə görə, hadisənin bu yaxınlarda baş vermiş casus qalmaqalı ilə bağlı olduğu ehtimal edilir..
Nazirlikdən əlavə ediblər ki, adı çəkilməyən rusiyalı səfirliyin ticarət şöbəsində çalışıb və diplomatik statusla bir araya sığmayan hərəkətlər edib.
Daha öncə dövlət sirrinin verilməsində şübhəli bilinən 50 yaşlı norveçlinin həbsi edildiyi məlum olub. O, Rusiya kəşfiyyatçısı ilə görüşüb və ona Norveçin fundamental maraqlarına zərər vura biləcək məlumat verib. Norveçlini buna görə, 15 il həbs cəzası gözləyir.
Oxuməni.az