AB Belarusa sanksiya tətbiq edə bilər

AB Belarusa sanksiya tətbiq edə bilər

10 Avqust 2020 16:19
Bəyəndim (13) Bəyənmədim (2)

Avropa Birliyi prezident seçkisindən sonra Belarusa yeni sanksiyaların tətbiq olunmasını nəzərdən keçirə bilər.

Oxuməni.az xəbər verir ki, bunu Polşanın Xarici İşlər naziri Yatsek Çaputoviç deyib.

“Belarusa sanksiyalar tətbiq edilməsi variantlardan biri ola bilər. Lakin ümid edirik ki, vəziyyət o həddə çatmaz”, - nazir bildirib.

Çaputoviçin sözlərinə görə, hər şey vəziyyətin necə inkişaf edəcəyindən və hakimiyyətin növbəti addımlarından asılıdır.

Oxuməni.az