Lavrov və Çavuşoğlu Azərbaycan və Ermənistan sərhədindəki vəziyyəti müzakirə ediblər

Lavrov və Çavuşoğlu Azərbaycan və Ermənistan sərhədindəki vəziyyəti müzakirə ediblər

24 İyul 2020 09:30
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri mevlüt Çavuşoğlu arasında telefon danışığı olub.

Oxuməni.az-ın məlumatına görə, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, tərəflər Azərbaycan və Ermənistan sərhədində baş verən hadisələri müzakirə ediblər.

Telefon danışığı zamanı Moskva ilə Ankara arasında regiondakı sabitliyin qorunması istiqamətində əməkdaşlığın inkişaf etdirilməsi razılaşdırılıb.

Oxuməni.az