Lukaşenko: "Belarusda siyasi pandemiya başladı"

Lukaşenko: "Belarusda siyasi pandemiya başladı"

23 İyul 2020 14:20
Bəyəndim (0) Bəyənmədim (0)

Belarusdakı seçki kampaniyası fonunda siyasi pandemiya başlayıb, amma insanlar bununla əlaqədar çətinlikləri hiss etməməlidirlər.

Oxuməni.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

O, seçki kampaniyası fonunda məmurların insanlar üçün vacib olan məsələləri nəzərdən qaçırmamalı olduğunu bildirib:

“Seçki kampaniyası bitəcək, siyasi proseslərin dərəcəsi azalacaq və iqtisadiyyat ictimai diqqət mərkəzinə düşəcək. O, indi də heç yerə itmir”.

Qeyd edək ki, Belarusda prezident seçkisi 9 avqustda keçiriləcək.

Oxuməni.az