ABŞ Rusiyanın G8-ə qayıtmasına qarşı çıxdı

ABŞ Rusiyanın G8-ə qayıtmasına qarşı çıxdı

21 İyul 2020 12:22
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Senatına Rusiyanın G7 ölkələrinin sammitində iştirakına qarşı olan qətnamə təqdim edilib.

Oxuməni.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb. Sənəd Demokrat Partiyasının nümayəndələri tərəfindən hazırlanıb.

Qətnamədə ABŞ Prezidenti Donald Trampın Rusiya ilə münasibətləri bərpa etməyə və Moskvanın təhdidləri ilə mübarizə aparmaq əvəzinə Kremlin mükafatlandırılmasına çalışdığı qeyd olunub.

Oxuməni.az