Lukaşenko belaruslulara çətinlikləri həll etməyi vəd etdi

Lukaşenko belaruslulara çətinlikləri həll etməyi vəd etdi

20 İyul 2020 14:45
Bəyəndim (0) Bəyənmədim (0)

Belarus Prezidenti Aleksandr Lukaşenko iqtisadiyyatda mövcud çətinlikləri həll etməyi vəd edib.

Oxuməni.az xəbər verir ki, bu barədə BELTA yazır.

Onun sözlərinə görə, hökumətin yeni heyəti qarşısında vəzifə sadəcə milli iqtisadiyyatın tənəzzülünə yol verməmək deyil, 2021-ci ildən "orta dünya templəri ilə artsın"vəzifəsi qoyulub.

"Hər bir şans, irəli hərəkət üçün hər hansı bir imkanı tutmaq, tapmaq lazımdır. Bu xəyal deyil. Biz, sadəcə, özümüzü aşağı sürməyə imkan verə bilmərik, çünki oradan qalxmaq çox çətin olacaq", - deyə dövlət başçısı bildirib.

Oxuməni.az